Onlar müxtəlif yollarla insanları evdə qalmağa təşviq edirlər
“Pandemiya ilə mübarizə üçün Xarici İşlər Nazirliyi nəzdində qurum yaradılıb. Bu, ayrı-ayrı universitet tələbələrindən, gənclərdən ibarət könüllülər qrupudur”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Bildirib ki, həmin qrup cəmiyyətdə müxtəlif vasitələrlə “Evdə qal, sağlam qal” şüarı ilə təbliğat işi aparır.
“Ölkə rəhbərinin 2020-ci ili “Könüllülər ili” elan etməsi bu fəaliyyətin daha da genişlənməsinə öz töhfəsini verib”, - XİN sözçüsü vurğulayıb.