Nazirlik xəbərdarlıq edir

Xəbərlər

27.04.2020 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Çaylarda sululuğun artacağı ehtimal olunur

 

Ekologoiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti əhaliyə hava xəbərdarlığı edir. AYNA-ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 28-i gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

 

Aprelin 28-i gündüzdən 29-u səhərədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

 

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş