“Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək”
Bakıda “Tri koronı” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşları tərəfindən araşdırılıb.
AYNA-nın məlumatına görə, ETSN-nin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub: “Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək”.