Nazirlik dərsliklərlə bağlı ilk dəfə şagirdlərin fikirlərini öyrənir

Cəmiyyət

21.06.2021 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür

 

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə edən şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.


Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib.

 

Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.

 

Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq şagirdlərin fikirlərini öyrənməyi planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş