İ.Məmmədov vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırıb
"Son günlərdə baş verən proseslərdən sonra insanlar arasında yalan və doğru xəbərləri aydın etmək təcrübəsi yaranıb".
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın brifiqində NK mətbuat katibi İbrahim Məmmədli deyib.
“Vətəndaş hazırlığında informasiyanı seçmək önəmlidir. Çünki yayılan informasiyaların hamısı doğu deyil. Son günlərdə də məlum oldu ki, insanlar yalan xəbərlərə meylli deyillər. Təbii ki, bununla bağlı tədbirlər də görülür və lazım olduqca da hüquq mühafizə orqanları bu məsələlərə nəzarət edir”, - deyə NK rəsmisi bildirib.
İ.Məmmədov vətəndaşları yalnız Nazirlər Kabinetinin və Operativ Qərargahın gündəlik olaraq yayımladığı rəsmi məlumatlara inanmağa çağırıb.