Nazir müəllim, şagird və valideynlərlə videokonfrans keçirib

Xəbərlər

13.08.2020 - 14:37

cedabet dərman SEO Xidməti

Təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib

 

Avqustun 13-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

 

Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş