Nazir: “Moldova rus dilindən tez bir zamanda imtina edə bilməyəcək”

Dünya

24.11.2026 - 17:11

“Rus dilindən imtina hazırda ümidverici olmayan çox uzunmüddətli bir müzakirədir"

“Moldova təhsil sistemində rus dilindən tezliklə imtina edə bilməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Moldovanın təhsil naziri Dan Perçiun "Moldova Radiosu"na deyib.

O, belə bir məqsədə "bir gecədə" çatmağın mümkün olmayacağını vurğulayıb və deyib: “Çünki rus dilindən imtina hazırda ümidverici olmayan çox uzunmüddətli bir müzakirədir".

Lakin nazirin sözlərinə görə, dəyişikliklər rumın dilinin tədrisi və rus məktəblərində rumın dilində dərslərin açılması ilə asanlaşdırıla bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş