Kislovodskda sinaqoqa terror hücumunun qarşısı alınıb

Dünya

24.11.2026 - 16:06

Saxlanılan 22 yaşlı Rusiya vətəndaşından partlayıcı qurğu götürülüb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Kislovodskdakı sinaqoqa terror hücumunun qarşısını alıblar. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə FTX-nin açıqlamasında qeyd olunub.

Məlumatda deyilir: "19 noyabr 2026-cı ildə Stavropol diyarının Kislovodsk şəhərində yəhudi dini müəssisəsinin icma üzvlərinə qarşı terror aktı törətmək planının qarşısı alınıb".

2004-cü il təvəllüdlü Rusiya vətəndaşı beynəlxalq terror təşkilatı adından partlayış törətməyi planlaşdırıbmış.

FTX-nin məlumatına görə, Kislovodskdakı sinaqoqda terror aktı planlaşdırdığına görə saxlanılan şəxsdən partlayıcı qurğu götürülüb.

"Dindirmə zamanı saxlanılan şəxs günahını etiraf edib və terror aktını törətdikdən sonra qanunsuz silahlı qrupların fəaliyyətində iştirak etmək üçün Suriyaya getmək niyyətində olduğunu bildirib", - qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş