Nazir: “Mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır”

Xəbərlər

16.12.2021 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Kəmaləddin Heydərov: "O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar"

“Vətən müharibəsində qələbəmiz çox parlaq bir qələbədir”. AYNA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir deyib ki, 30 illik işğala 44 gündə son qoyulub: “Düşmənin vəhşiliklərinin üstü indi açılıb. O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar. Əgər bu torpaqlar sizindirsə, niyə dağıntılar törədirdiniz? Bu, onların xislətini göstərir”.

Nazir vurğulayıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır.

K.Heydərov işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparıldığını qeyd edib.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-də xüsusi bir alay yaradılıb: "Minaaxtaranlarımız ANAMA və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Minalar təmizləndikdən sonra azad edilmiş ərazilərdə kəndlərin, şəhərlərin, sənayenin inkişafı üçün, bundan sonra orada insanların rahat yaşaması üçün şərait yaradılacaq. Ora min il əvvəl Azərbaycan torpağı idi, min il sonra da elə olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş