Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. AYNA-nın məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qadına sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarışdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.
Faktla bağlı araşdırmalar davam edirilir.