Paytaxtın 4 rayonunda xüsusi riskli vəziyyət

Hadisə

11.11.2019 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Çağırış ünvanlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Səbail, Nəsimi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə daxil olan digər məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az