Naxçıvan Muxtar Respublikasının bəzi dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, dünən axşam saatlarından Şahbuz rayonunun Biçənək, Kükü kəndlərinə, Batabat yaylağına və Ordubadın Parağaçay qəsəbəsinə qar yağır.
Qarın hündürlüyü Küküdə 3, Parağaçayda 4, Biçənəkdə 4, Batabatda isə 5 santimetr təşkil edir.
Ordubadın dəniz səviyəsinə görə 3000 metr yüksəklikdə yerləşən dağlıq ərazilərində isə 25 santimetr hündürlükdə qar örtüyü qeydə alınıb.