Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEO

Xəbərlər

05.12.2024 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, növbəti komanda-qərargah təlimi keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Müəllif: Ayna.az