Naxçıvanda avtomobil işıq dirəyinə çırpılıb

Hadisə

15.02.2026 - 23:58

Hadisə nəticəsində iki nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb. Belə ki, 99-UT-369 dövlət nömrə nişanlı “BAIC A115” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılaraq aşıb.

Qəza zamanı xəsarət alan Asim Rasim oğlu Nağıyev və Ceyran Abdulla qızı Nağıyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş