Naxçıvanda avtomobil dirəyə çırpılıb

Hadisə

13.03.2024 - 05:16

Hadisə nəticəsində sürücü xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. 71-BA-213 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin önünə piyada çıxdığından idarəetməni itirib.

Yoldan çıxan maşın əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra səkinin üstünə aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az