Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı təlimi keçirilib - VİDEO

Xəbərlər

13.09.2024 - 14:38

cedabet dərman SEO Xidməti

Şərti düşmənin planlı və plandankənar hədəfləri aşkar edilərək sərrast atəşlərlə məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib.

Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş