Naxçıvanda 10 dərəcəyədək şaxta qeydə alınıb

Xəbərlər

03.01.2025 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Faktiki hava şəraiti açıqlanıb

Yanvarın 3-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, yanvarın 03-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş