Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

28.08.2024 - 09:53

Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş