“Reuters”: NATO liderlərindən Rusiyaya qarşı müdafiə üçün 35-50 briqada yaratmaları istəniləcək
NATO liderlərindən Rusiyadan müdafiə üçün 35-50 briqada yaratmaları istəniləcək. AYNA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, agentliyin mənbəsi məxfi olan planlarla bağlı hər hansı təfərrüat verməkdən imtina edib. Briqada üç-yeddi min hərbçidən ibarətdir, ona görə də daha 35-50 belə bölmənin yaradılması ciddi problem olacaq.
Şimali Atlantika Alyansının liderləri Vaşinqtonda keçiriləcək sammitdə blokun planları ilə bağlı yeni məlumat alacaqlar.