“Ukraynanın kritik infrastrukturu hədsiz şəkildə məhv edilib”
“Ukraynanı çətin qış gözləyir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.
Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransı zamanı Rutte qeyd edib ki, Ukrayna münaqişə başlayandan bəri ən çətin qışla üzləşəcək.
NATO-nun baş katibi Ukraynanın kritik infrastrukturunun hədsiz şəkildə məhv edildiyini də vurğulayıb.