Alyans Polşanın pilotsuz təyyarə ilə bağlı iddialarını tam araşdırır
NATO Polşanın Rusiya pilotsuz uçuş aparatları bağlı insident iddialarını tam araşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında deyib.
“Şimali Atlantika Şurası bu gün səhər toplaşıb və Polşanın NATO Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr üçün müraciətləri fonunda vəziyyəti müzakirə edib”, - o deyib.
Qeyd edək ki, NATO Müqaviləsinin 4-cü maddəsində deyilir ki, “tərəflərdən hər hansı birinin fikrincə, tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildiyi zaman bir-biri ilə məsləhətləşəcəklər”.