NATO Baltik dənizindəki bütün gəmilərə nəzarət etmək istəyir

Dünya

15.01.2025 - 09:54

Həkimlər Klinikalar SEO Xidməti

“Təkcə ərazi sularında deyil, həm də ərazi sularından kənarda olan gəmilərə nəzarət etmək lazımdır”

NATO ölkələri Baltik dənizinin neytral sularında bütün gəmilərin hərəkətinə nəzarət etmək istəyir. AYNA “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“İclasın bütün iştirakçıları və NATO-nun baş katibi razılaşdılar ki, mühafizə təkcə ərazi sularında deyil, həm də ərazi sularından kənarda, belə desək, Baltik dənizinin ortasında olan gəmilərə nəzarət etmək lazımdır”, - Tusk vurğulayıb.

Qeyd edək ki, Baltik regionunda Şimali Atlantika Alyansı ölkələrinin zirvə toplantısı keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş