Gürcüstanın iqtisadiyyat naziri bu gün Azərbaycana səfər edəcək
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bu gün Azərbaycana səfər edəcək.
AYNA gürcü mediasına istinadən bildirir ki, nazir Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək.
İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.