NASA-nın yeni rəhbəri İsaakman olacaq

Dünya

05.12.2024 - 07:48

Həkimlər Klinikalar SEO Xidməti

Tramp milyarderin namizədliyini NASA-nın rəhbəri vəzifəsinə irəli sürüb

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp milyarder və özəl kosmonavt Jared İsaakmanın namizədliyini ABŞ Kosmik Agentliyi NASA-nın rəhbəri vəzifəsinə irəli sürüb. AYNA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Mən görkəmli biznesmen, xeyriyyəçi, aviator və astronavt Jared İsaakmanın namizədliyini Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) administratoru vəzifəsinə irəli sürməkdən məmnunam”, - Tramp açıqlamasında bildirib.

Müəllif: Ayna.az