Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb: "Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb".