Nailə Əkbərova vəfat edib

Xəbərlər

02.01.2026 - 09:08

Telejurnalist 63 yaşında dünyasını dəyişib

Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində çalışıb.

1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə "Space" telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə "TRT" telekanalında fəaliyyət göstərib.

O, "TRT Avaz" kanalında yayımlanan "Qafqazlara əsən yellər" proqramının müəllifi, rejissoru və aparıcısı kimi tanınıb. Nailə Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş