Nabranda dənizdə 2 nəfər batıb

Hadisə

04.07.2021 - 22:07

Həkimlər Klinikalar SEO Xidməti

"Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

 

Xəzər dənizində 2 nəfər batıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

Məlumata görə, Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfər batıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş