4,7 min nəfər xəsarət alıb, 341 nəfər itkin düşmüş hesab olunur
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3085-ə çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, son məlumatlara görə, daha 4,7 min nəfər xəsarət alıb, 341 nəfər itkin düşmüş hesab olunur.
Myanma hakimiyyəti aprelin 6-dək matəm elan edib.Ölkədə minlərlə bina, ev, yol və körpü dağılıb. Bir çox rayonlarda işıq və rabitə yoxdur.
Qeyd edək ki, cümə günü Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində hiss olunub.