Müxalif siyasətçi Matan Kahana İsrail Parlamentinin sədri seçilib

Dünya

18.11.2026 - 13:04

Kahana bütün İsrail vətəndaşlarını təmsil etmək niyyətini vurğulayaraq İsrail xalqını barışığa çağırıb

“Yaşar” Partiyasının üzvü olan müxalif siyasətçi Matan Kahana 120 parlamentarinin 66-sının səsini alaraq Knessetin (İsrail Parlamenti) sədri seçilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Çıxışında Kahana bütün İsrail vətəndaşlarını təmsil etmək niyyətini vurğulayaraq İsrail xalqını barışığa çağırıb.

“Yaşar” lideri Qadi Eisenkot səsverməni alqışlayıb və bunun ölkə tarixində yeni bir fəsil açacağına inandığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş