Müharibə təcrübəsi olan cinayətkarlar: Rusiya Avropaya terrorçu ixrac edir

Dünya

06.04.2023 - 18:04

cedabet dərman SEO Xidməti

Qəti və radikal addımlar tələb olunur - ruslara viza və qaçqın statusu verilməməlidir

2023-cü ilin martın əvvəlində dünya mediası İtaliya hökumətinin Aralıq dənizini keçməyə çalışan miqrant qayıqlarının sayının artmasının arxasında Rusiyanın özəl hərbi şirkəti (ÖHŞ) “Vaqner” muzdlu qruplaşmasının dayandığına dair xəbər yayıb. Bu, Moskvanın Ukraynanı dəstəkləyən ölkələrdən qisas almaqla bağlı strategiyasının bir hissəsi kimi qələmə verilir. Miqrasiya problemi Avropa İttifaqı (Aİ) üçün yeni təzyiq forması olsa da, Avropada qeyri-leqal miqrantlar üzrə tədbirlər və proqramlar çoxdan hazırlanıb və işləyir.

Avropa ölkələri üçün böyük gözlənilməzlik Şimali Afrikadan və ya Yaxın Şərqdən müharibə və yoxsulluqdan qaçan miqrantların axını deyil, Putindən amnistiya almış "Vaqner" sıralarında döyüşmüş cinayətkar elementlərin və hərbi cinayətkarların dalğası ola bilər.

Muzdluların sıralarında döyüşmüş 5 mindən çox məhbus artıq vəd olunan amnistiyanı alıb və cəbhədən Rusiyaya qayıdıb. Onların hamısı təkcə öz ölkələrində deyil, həm də Avropada kriminal vəziyyəti kəskin şəkildə pisləşdirməyə qadirdir. Onlar Avropaya siyasi qaçqınlar adı altında yerləşə bilərlər. Beləliklə, Avropada yeni miqrasiyanın siması döyüş təcrübəsinə malik olan qəzəbli cinayətkar olacaq.

Russo turisto - əxlaq obrazı

Onilliklər ərzində Avropada və dünyanın digər ölkələrində rus və rus turist imici formalaşıb. Ənənəvi olaraq, bu sima sərxoş davakardır. İnternetdə rusların təyyarənin içində dava saldıqları, tətilin ilk günündə otellərdə sərxoş olduqları və insanlara hücum etdiklərini göstərən bir neçə video var.

2016-cı ildə Fransada keçirilən futbol üzrə Avropa çempionatı zamanı rusiyalı azarkeşlər britaniyalılarla kütləvi dava ediblər. Onların qurbanlarından biri də Endryu Beyç idi. Beyçin qohumları onun dəmirlə döyüldüyünü, daha sonra bir neçə gün ağır vəziyyətdə olduğunu bildiriblər. Ruslar Beyçi ömürlük əlil etdilər.

İndi isə Avropa daha da aqressiv ruslarla - keçmiş canilər və quldurlarla üzələşə bilər.

Təkcə 2022-ci ilin dekabr ayına olan məlumata görə, “Vaqner”ə 45 minə yaxın cinayətkar cəlb edilib və bu rəqəm hər gün artır. Ukraynaya dəstək verdiyinə görə bütün sivil dünyaya ideoloji nifrət bəsləyən, şiddətli müharibəni keçən keçmiş məhkumlar bir sıra tranzit ölkələrlən - Belarus, Suriya, və Türkiyədən Köhnə Qitəyə köçürüləcəklər.

Müharibə və qəddarlıq təcrübəsi

“Deutsche Welle”nin xəbər verdiyi kimi, 2020-ci ildə rus mafiyası artıq Almaniyanın cinayət aləmində lider olub. Alman polis həmkarlar ittifaqının Berlin bölməsinin mətbuat katibi Benyamin Endronun sözlərinə görə, cinayət aləmində rus mafiyası müharibələrdə iştirak təcrübəsi və xüsusi qəddarlıqda tanınır

ZDF telekanalın sənədli filmdə deyilir ki, Almaniyanın həbsxanalarda yataların onda biri rus mafiyasına məxsusdur.

Berlində, medianın yazdığı kimi, bir cinayətkar "Berlin Qrupu" mövcüdür. Bu qrup varlı rus oliqarxı tərəfindən maliyyələşir və xüsusi qəddarlığı ilə məhşurdur.

Təhdidlər və qətllər

Rus mütəşəkkil cinayətkarlar hazırda Avropa şəhərlərinin küçələrində heroin satışının təxminən üçdə birinə və qanunsuz silah ticarətinin böyük hissəsinə nəzarət edirlər.

Ekspertlər şübhə etmirlər ki, Kreml onlara böyük dəstək verir. Rusiya xüsusi xidmət orqanları kəşfiyyat fəaliyyəti üçün, siyasi mühacirləri öldürmək və hətta yüksək rütbəli Avropa məmurlarını hədələmək üçün qanqsterlərdən istifadə edir.

İtaliyanın “IlFoglio” qəzeti kəşfiyyat məlumatlarına istinadən yazıb ki, "Vaqner" İtaliyanın müdafiə naziri Guido Crosettonun öldürülməsinə görə 15 milyon dollar mükafat vəd edib. Qəzet qeyd edir ki, “vaqnerçi”lərə sui-qəsd əmrini Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev verib. O, Ukraynaya zirehli texnika və digər silahların verilməsinə görə Crosettonu öz “Telegram” kanalında təhqir edib.

Bu, kriminal aləmlə Rusiya Federasiyasının dövlət hakimiyyəti aparatı arasında əlaqənin ilk nümunəsi deyil. 2022-ci ilin dekabrında 25 il həbs cəzasına məhkum edilmiş rusiyalı Viktor But ölkəyə təhvil verilib. Onu Rusyada həbs olunan amerikalı basketbolçu Britni Qrayner ilə dəyişdiriblər.

But qanunsuz silah ticarəti ilə məşqul olmaq, terroru dəstəkləmək və ABŞ vətəndaşlarını öldürmək niyyətində günahkar bilinib. O, Rusiya kəşfiyyatının ən faydalı adamlarından biri hesab olunur. Təəccüblü deyil ki, Moskva uzun illərdir ki, cinayətkarı Amerika həbsxanasından azad etməyə çalışırdı.

2019-cu ildə Almaniyada çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin rezonans doğuran qətli də Kremlin izinə işarə etdi. Çeçeni öldürənin rusiyalı Vadim Krasikov olduğu üzə çıxıb. Xanqoşvili məsciddən qayıdarkən öldürülüb. Parkda cinayətkar velosipedlə onun yanına gələrək “Qlock-26” tapançasından onun başına iki dəfə atəş açıb.

Almaniya prokurorluğu rusiyalının “Rusiya Federasiyasının hakimiyyətinin göstərişi ilə” hərəkət etdiyini bildirib. Krasikov, “Bellingcat”ın araşdırmasında iddia etdiyi kimi, Rusiya Federasiyasında bir iş adamını da öldürüb. Buna görə 2013-cü ildə Rusiya İnterpolu tərəfindən axtarışa verilib. Lakin iki il sonra Rusiya hakimiyyəti səbəb göstərmədən onu axtarış siyahısından çıxarıb.

Rus caniləri Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də saxlanılıb. Ən səs-küylü həbslərdən biri 2016-cı ildə Yuri Anisimov və Aleksandr Smirnovun saxlanması olub. Onlar Türkiyədə İçkeriyanın müstəqilliyi tərəfdarı olan yeddi çeçenin qətlində ittiham edilərək həbs olunmuşdular. 2017-ci ildə Rusiya iki siyasi məhbusun - Krım tatar Məclisinin üzvləri olan İlmi Umerovu və Ahtem Çiygözü Anisimova və Smirnov ilə dəyişib.

“Vaqnerçi”lər artıq Avropadadır

2023-cü ilin fevralında Oslonun mərkəzində Rusiya Federasiyasının vətəndaşı həbs edilib. Tezliklə məlum oldu ki, bu, "Vaqner" siralarında döyüşən Andrey Medvedyevdir. Fevralın 21-dən 22-nə keçən gecə Norveç paytaxtının mərkəzində Medvedyev dava edib, bundan sonra həbs olunarkən polisə müqavimət göstərib.

Rusiyalının vəkili bildirib ki, keçmiş muzdlu spirtli içkinin təsiri altında dava edib. Andrey Medvedyev bu ilin yanvarında Rusiya ilə Norveç arasındakı sərhədi qanunsuz keçib və bundan sonra Skandinaviya krallığından siyasi sığınacaq istəyib.

“Gulagu.net” saytının təsisçisi Vladimir Oseçkin BBC Rus Xidmətinə bildirib ki, Medvedyev 2017-2018-ci illər arasında həbsdə olub və 2022-ci ilin iyulunda dörd aylıq müqavilə imzalayaraq "Vagner"ə qoşulub.

2023-cü ilin yanvarında Rusiyanı tərk edən başqa bir rus və “Vaqner” muzdlusu haqqında məlumat yayılıb. Bu, iş adamı Aleksandr Tyutindir. O, biznes ortağı Dmitri Zeynalovu və ailəsini (arvadı və iki uşaqı: 11 və 15 yaş) qətlə yetirməyi sifariş verdiyi üçün 23 il müddətinə azadlıqdan məhrum edilib. Zeynalovun evinə soxulan qatillər əvvəlcə atəş açıb, sonra isə balta ilə yaralıları öldürüblər.

2021-ci ildə Tyunin məhkum edildi və 2022-ci ilin iyununda “Vaqner” muzdlusu oldu. 2022-ci ilin dekabrında onun muzdlu müqaviləsi bitib və Putindən amnistiya alıb. Rusiyalı jurnalist Yevgeni Vışenkov bildirib ki, hazırda Aleksandr Tyutin həyat yoldaşı Viktoriya ilə Antalyadadır.

Beləliklə Avropada artıq “Vaqner” muzdluları peyda olur və bu, hələ geniş ictimaiyətə  məlum olanlardı.

Rusiya Qərbin birliyini pozmağa və onun effektivliyini zəiflətməyə davam edir.  Kreml Avropa ölkələrində cinayətləri, terroru və ictimai-siyasi sabitliyin pozulmasını həyata keçirmək üçün “Vaqner” cinayətkarlarından istifadə edəcək. Kriminal mühitlə sıx əməkdaşlıq edən Rusiya xüsusi xidmət orqanları bunun üçün lazım olan hər şeyi intensiv şəkildə hazırlayır.

Hadisələrin bu cür dönüşünün qarşısını ancaq Avropa dövlətlərinin atdığı qəti və radikal addımlarla almaq olar. Onların arasında ruslara vizaları və onlara qaçqın statusunun verilməməsi, Avropa və Türkiyəyə RF-dən gələn insanların diqqətlə yoxlanılması, eləcə də Rusiya ilə istənilən nəqliyyat əlaqəsinin tamamilə dayandırılmasıdır.

Ukrayna əsgərləri döyüş meydanında “Vaqner” ilə vuruşarkən, sivil dünya öz vətəndaşlarını Rusiyadan ölkələrinə axın edən keşmiş muzdlu cinayətkarlardan qorumaq üçün mümkün olan hər şeyi etməlidir.

Asif Əliyev

QIRIM.News xəbər agentliyinin redaktoru

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş