Müəllimliyə namizədlərin nəzərinə!

Xəbərlər

09.07.2020 - 15:09

Onlayn müsahibələrin keçirilmə tarixi müəyyən olunub

 

İyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb.

 

Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib.

Müəllif: Ayna.az