Müəllimlərin diqqətinə!

Cəmiyyət

07.05.2020 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “May ayının 15-dək müsabiqələr başa çatacaq”

 

Müəllimlərin işə qəbulu, daimiləşməsi və yerdəyişmə prosesi ilk zaman baxımından il ərzində müvəqqəti müqavilə əsasında işə qəbul olunması və daimiləşməsi prosesidir və bu prosesdə tamamlanmamış mərhələ yalnız müsahibə mərhələsdir. Mövcud vəziyyət nəzərə alınaraq müəllimlərimizə onlayn formada müsahibələrdə iştirak etmək imkanı yaradıldı.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Təhsil naziri Ceyhun Bayramov deyib. Bildirib ki, 1400 nəfərə yaxın müəllimin daimiləşməsi iki həftə ərzində onlayn formada nəzərdə tutulub: “Ümumilikdə daimiləşməyə müraciət edən müəllimlərdən 91 faizi onlayn formada müsabiqədə iştirak etməyi seçib və may ayının 15-dək bu müsabiqələr başa çatacaq”.

 

Nazirin sözlərinə görə, digər müəllimlər üçün də iyun ayında müsabiqələr təşkil ediləcək: “Sistemdə çalışan müəllimlərin yerdəyişməsi isə son illər ərzində yerdəyişmə müraciətləri tam olaraq elektron formada həyata keçirilir və bu il də yerdəyişmə müraciətlərinin ənənəvi olaraq iyun ayında elektron formada həyata keçirilməsində heç bir problem yoxdur və iyun ayında bu proses həyata keçiriləcək. Hər il mərkzələşmiş qaydada işə qəbul prosesi iyul-avqust aylarında keçirilir və bu il də iyul ayının ikinci yarısında, avqust ayının əvvəlində keçirilməsi nəzərdə tutulur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş