Azərbaycan Müdafiə Nazirliyi sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata münasibət bildirib
“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb”. AYNA xəbər verir ki, bu ifadələr Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Məlumatda qeyd edilir: “Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”.