Müdafiə Nazirliyi: PUA-larımız tam tərkibdə sıradadır və itki yoxdur

Xəbərlər

13.07.2020 - 07:29

Nazirlikdən ermənilərin Azərbaycana məxsus PUA-nın vurulması xəbərinə reaksiya

 

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın (pilotsuz uçuş aparatı) guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

 

Müdafiə Nazirliyindən AYNA-ya daxil olan məlumatda bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Müəllif: Ayna.az