MN: "Sülhməramlıların yerləşdiyi ərazidə qanunsuz erməni silahlı dəstə üzvünün yaralanması yalandır"
Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.
AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb", - məlumatda deyilir.