Müdafiə Nazirliyi məlumat yayıb

Siyasət

26.07.2021 - 18:16

Nazirlik Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində döyüşlərin getməsi barədə məlumatları təkzib edib

 

"Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur".

 

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

 

"Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb", - məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş