Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Xəbərlər

23.03.2020 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

 

Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

 

AYNA-ya bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 Mart tarixli  sərəncamı ilə Azərbaycan Beynəlxalq Bankda Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün bank hesabı açılıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş