Müdafiə Nazirliyi: Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır

Xəbərlər

12.07.2020 - 19:13

cedabet dərman SEO Xidməti

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

 

AYNA xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Dərgahlı bildirib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş