MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb

Xəbərlər

07.08.2024 - 14:50

cedabet dərman SEO Xidməti

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib.

Qeyd olunub ki, genişmiqyaslı proqrama uyğun olaraq, Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

Layihənin reallaşdırılmasında başlıca məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.

Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.

“Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş