“Bir daha Bakıda, qardaşlarımızın yanındayıq”
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. AYNA xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu “Twitter” hesabında paylaşım edib.
“Can Azərbaycanımıza güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağla bağlı son proseslərə dair fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, - deyə Türkiyənin XİN başçısı qeyd edib.