Mossadın rəhbəri Qahirəyə gedib

Dünya

25.10.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Səfər Misirin Qəzza ilə bağlı danışıqlara qayıtmaq səyləri çərçivəsində baş tutub

İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea İsrail Baş Təhlükəsizlik Xidmətinin nümayəndə heyətinin müşayiəti ilə Qahirəyə səfər edib. AYNA xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail nümayəndə heyəti Qahirədə “Misir təhlükəsizlik qüvvələrinin yüksək rütbəli üzvləri və ölkənin silahlı qüvvələrinin nümayəndələri” tərəfindən qəbul edilib. Danışıqlar zamanı Misir rəsmiləri israilli həmkarlarına humanitar yardımın Qəzza zolağına maneəsiz çatdırılmasının təmin edilməsi zərurəti barədə xəbərdarlıq edib. Həmçinin “İsrail hərbçilərinin anklavdakı hərəkətlərini rədd etdiklərini” bildiriblər.

Səfər Misirin Qəzza ilə bağlı danışıqlara qayıtmaq səyləri” çərçivəsində baş tutub.

Telekanal həmçinin qeyd edib ki, Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti də Qahirəyə gedib. Tərəflər Qəzza zolağında atəşkəsin əldə olunmasına mane olan maneələrin aradan qaldırılması yollarını müzakirə ediblər.

Qəzzada atəşkəs və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılır. Avqust ayında bərpa edilmiş bir neçə raund məsləhətləşmələrdən sonra tərəflər sövdələşmənin əsas aspektləri üzrə razılığa gələ bilməyiblər.

Oktyabrın 24-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Barneanın oktyabrın 27-də Qətərə gedəcəyini bildirib. Dohada onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcəyi, onlarla Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün mümkün danışıqların parametrlərini müzakirə edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş