Moskvada MiQ zavodunda yanğın baş verib

Dünya

13.02.2024 - 15:44

cedabet dərman SEO Xidməti

Yanğın yeni qurulan sexin yerləşdiyi, zavodun mövcud binasına bitişik binanın ikinci və üçüncü mərtəbələrində başlayıb

Rusiyanın paytaxtı Moskvada Leninqrad prospektində yerləşən MiQ zavodunda yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Bildirilib ki, yanğın yeni qurulan sexin yerləşdiyi, zavodun mövcud binasına bitişik binanın ikinci və üçüncü mərtəbələrində başlayıb. Yanğın sahəsi 70 kvadratmetrdir.

Paytaxtda zavodun binasından insanlar təxliyə edilib, yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş