İstintaq Komitəsi: 1983-cü il təvəllüdlü şəxs vağzalda partlayış törətmək niyyətində olub
Moskvada təhlükəsizlik qüvvələri dəmiryol vağzalında terror aktının qarşısını alıb. AYNA “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 1983-cü il təvəllüdlü şəxs vağzalda partlayış törətmək niyyətində olub. Şübhəli şəxs saxlanılıb. Onun barəsində terror aktı törətməyə hazırlıq və qanunsuz olaraq partlayıcı qurğunun istehsalına cəhd maddələri ilə cinayət işi açılıb.
İstintaqın məlumatına görə, işdə iştirak edən şəxs 2023-cü ilin noyabrında naməlum şərikindən dəmiryol vağzalında partlayış törətmək əmri alıb. Bunun üçün ona pul mükafatı vəd edilib. Həmin şəxs paytaxtın meşə parkına gəlib və oradan bomba hazırlamaq üçün partlayıcı maddələr götürüb. O partlayıcını Cənub-Qərb İnzibati Dairəsinin küçəsindəki gizlətdiyi yerdən götürüb. Bu zaman FSB əməkdaşları tərəfindən saxlanılıb.