Koronavirus can almaqda davam edir
Moskvada son sutka ərzində daha 63 nəfər (dünən 49 nəfər) koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 6 121-ə çatıb.
Moskvada ümumilikdə 372 628 nəfər koronavirusa yoluxub, 277 608 nəfər xəstəliyə qalib gəlib.