"Dmitriyevin Putinə çatdırdıqlarını təhlil edirik”
Moskva Kirill Dmitriyev vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə ötürülən Ukrayna üçün sülh planı təkliflərini təhlil edir. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
Kremlin sözçüsü bildirib ki, "Dmitriyevin Putinə çatdırdıqlarını təhlil edirik. Bu materialı təhlil edirik və sonra dövlət başçısının verdiyi qərarlardan asılı olaraq amerikalılarla ünsiyyətimizi davam etdirəcəyik".