Erməni blogerin həbs müddəti daha iki ay uzadılıb
Moskvanın Taqanski Məhkəməsi erməni əsilli rusiyalı bloger Arsen Markaryanın həbs müddətini uzadıb. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bloger daha iki ay həbsdə qalacaq.
Qeyd edək ki, Markaryan 23 avqustda Kubinka yaxınlığındakı Mojaysk şossesində saxlanılıb. Ehtimal edilir ki, o Belarusa gedirmiş. Cinayət işi blogerin Ukrayna ilə müharibədə həlak olan rusiyalıların xatirəsini təhqir etməsi iddiası ilə açılıb. Markaryan saxlanılmazdan əvvəl həlak olanları təhqir edən video paylaşıb.
Markaryan özü məhkəmədən əvvəl həbsdən yüzlərlə səhv etdiyini etiraf edərək məktub yazıb. O peşman olduğunu bildirib və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.