“Moskva Azərbaycanın BRİKS-ə üzv olmaq qərarını nəinki alqışlayır, həm də Bakının bu məqsədə çatması üçün əlindən gələni edəcək”
Rusiya hakimiyyəti Azərbaycanın BRİKS-ə inteqrasiya ərizəsini tam dəstəkləyir. AYNA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov qeyd edib ki, Moskva Azərbaycanın BRİKS-ə üzv olmaq qərarını nəinki alqışlayır, həm də Bakının bu məqsədə çatması üçün əlindən gələni edəcək.
“Vestnik Kavkaza”nın bildirdiyinə görə, Bakının BRİKS-ə qoşulması perspektivi təşkilatın Kazan sammitində müzakirə olunacaq.