Monteneqro Avropada COVID-19-a qalib gələn ilk ölkədir

Dünya

26.05.2020 - 12:33

Monteneqroda aprelin 29-dan bəri ölüm hadisəsi qeydə alınmayıb

 

Monteneqroda aprelin 29-dan bəri ölüm hadisəsi qeydə alınmayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bununla da Monteneqro Avropada koronovirusa qalib gələn ilk ölkə statusu qazanıb.

 

Hökumətin rəsmi “Twitter” səhifəsində qeyd olunub ki, mayın 24-dən bəri ölkədə yeni yoluxma və aktiv müalicə olunan da yoxdur. Bildirilir ki, ölkə 68 günlük mübarizədən sonra koronavirusdan tam azaddır və əhali normal həyatına qayıdıb.

 

Monteneqronun Səhiyyə naziri Kenena Xrapoviç son açıqlamasında bildirib ki, Monteneqro Avropada koronavirusa ən gec yoluxmuş ölkə idi: “İndi isə o, bu virusa qalib gəlmiş ilk ölkə olub. Bu münasibətlə xalqı və səhiyyə işçilərini təbrik edirəm”.

 

Qeyd edək ki, ümumiyyətlə, Monteneqroda bu virusa 324 yoluxma və 9 ölüm qeydə alınmışdı.

Müəllif: Ayna.az