Peyvənd olunmamış vətəndaşların təcili peyvəndlənməsi davam edir
Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə çatıb. Peyvənd olunmamış vətəndaşların, xüsusilə tibb müəssisələrində və məhəllə xidməti təşkilatlarında çalışanların təcili peyvəndlənməsi davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində qızılca ilə mübarizə üzrə yaradılmış qərargahdan bildirilib.
“30 avqust 2024-cü il tarixinə Monqolustanda əvvəllər müəyyən edilmiş 12 qızılcaya yoluxma halına daha bir nəfər əlavə edilib, peyvənd olunmamış 5,8 min uşaq və tibb işçisi, eləcə də dövlət xidmət təşkilatlarının əməkdaşlarının peyvəndlənməsi davam edir”, - qərargahdan bildirilib.