Monqolustanda məktəblər rus dili əvəzinə ingilis dili tədris ediləcək

Dünya

15.08.2024 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

İngilis dili proqramı test rejimində 100 məktəbdə əyani və onlayn rejimdə istifadəyə veriləcək

Monqolustanın bir çox məktəblərində ingilis dilinin əsas xarici dil olacağını açıqlanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyindən bildirilib.

Əvvəllər əksər məktəblərdə rus dili tədris olunurdu.

Təhsil naziri Purevsurengin Naranbayarın sözlərinə görə, ingilis dilinin əsas xarici dil kimi öyrənilməsi üçüncü sinifdən başlayacaq. Yeni tədris ilində İngilis dili proqramı test rejimində 100 məktəbdə əyani və onlayn rejimdə istifadəyə veriləcək.

Monqolustan xaricdəki məktəblərdə, xüsusilə Filippindəki magistr proqramlarında ESL müəllimləri hazırlamağı planlaşdırır. Həmçinin ABŞ-ın yardımı ilə paytaxt Ulan-Batorda ingilis dili mərkəzi açılacaq. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Ulan-Batora səfəri zamanı deyib.

Rus dili SSRİ dövründə ölkədə əsas xarici dil kimi tətbiq edilib. Əksər məktəblərdə bu, öyrənmək üçün yeganə xarici dil idi.

Monqolustan Parlamenti 2023-cü ildə ingilis dilini məktəblərdə əsas xarici dil edən qanun qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş